Hekayəni bizimlə kodlaşdır
Hekayəni bizimlə kodlaşdır
HEKAYƏMİZ
2016-ci ildə informasiya texnologiyaları sahəsində minlərlə istedadlı gəncin potensialını ortaya çıxarmaq məqsədilə fəaliyyətə başladıq. İntensiv tədris sistemində cəmiyyətimizi qurmaq üçün gecə gündüz çalışaraq sonsuz sayda kodlar yazdıq.
Bir qismimiz işə başladı, bir qismimiz olimpiadalarda bizi uğurla təmsil etdi, bir qismimiz isə sahibkarlıq ruhunu irəli çəkərək startapını qurdu. Coders ailəsi olaraq təhsil və icmamızı daima genişləndirərək bir çox tərəfdaş qazandıq. Akademik və iş sektorları ilə birgə qurulan əməkdaşlıqlarla yüzlərlə məzunumuzun karyerasına yeni başlanğıclar etməsində dəstək olduq.
Təcrübəli müəllimlər
Əvəzedilməz şəbəkə
Peşəkar yanaşma
Müasir tədris proqramı
TƏLİMÇİLƏRİMİZ
İxtisaslı kadr formalaşmasında ən vacib nüanslardan biri təlimçinin bu sahədəki şəxsi təcrübəsinə dayanır. Coders olaraq biz müəllim seçimində təlimçinin iş təcrübəsinə xüsusi diqqət yetirir və təlimçi seçimini bir neçə prosesdə həyata keçiririk.
Təlimçi olaraq Coders Azerbaijan-da təlimçilərin minimum 3 illik iş təcrübəsi və minimum "strong middle" dərəcədə olması və Coders'lə yanaşı praktiki fəaliyyətini davam etdirməsi şərtdir. Təlimçilər ilkin müraciət sonrası həm texniki həm də pedaqoji yoxlamalardan tam uğurla keçdikdən sonra təlimçi kimi çalışa bilər.
YOLU ONLAR GÖSTƏRİR
TƏHSİL MODELİ
Dərslər xüsusi kurrikulum əsasında hazırlanan Coders Bootcamp metodu ilə tədris olunur. Bootcamp modeli intensiv tədris modeli olduğu üçün tələbələr daim dəyişən tələblərə daha tez hazır olurlar.
Qruplarda tələbə sayı 8-dən çox olmadığı üçün hər bir tələbəyə fərdi yanaşılır və tələbələr arasında gələcək üçün faydalı olacaq əlaqələrin qurulması üçün imkanlar daha yüksək olur.
Dərslər həftə içi 5 gün və hər dərs 3 saat həm nəzəri həm də praktiki olmaqla intensiv şəkildə keçirilir. Hər bir modulun sonunda tələbələr öyrəndiklərini tətbiq edir və real layihələr hazırlayaraq öz portfoliolarını genişləndirirlər.