Back End Nədir?

Backend proqramçı saytların arxa tərəfini (funksionallıq) hazırlayan şəxsdir. Frontend proqramçıdan fərqli olaraq backend proqramçı əsasən serverlərlə işləyərək işin alqoritmik tərəfini inşa edir. Frontend proqramçılar üçün dizayn qabiliyyəti önəmlidirsə backend proqramçılar üçün əsasən riyazi biliklər və məntiq tələb olunur. Saytlarda əməliyyatlar icra olunan bütün hissələr backend proqramçıların hazırladığı sahədir. Buna misal olaraq bildiriş, mesaj, ödəmə sistemləri və s. daxildir.

Kimlər müraciət edə bilər?

Yaşından və təhsilindən asılı olmayaraq hərkəs backend proqramına müraciət edə bilər. Bunun üçün sizin yaxşı səviyyədə riyazi və məntiqi təfəkkürə malik olmağınız kifayət edir. Sizə sadəcə lazım olan gündəlik çalışmaq, həvəslə kodlaşdırmaq və daima öyrənməyə hazır olmaqdır.

Tədris proqramı

Python
  • Core Python
  • Object oriented programming
  • Algorithms
  • PostgreSQL
  • Data structure
  • Django
  • Django Rest
  • Git/Github
  • Docker
Java
  • Introduction to Java
  • Exceptions
  • Spring Data
  • Java syntax and operators
  • SQL
  • Jpa (Hibernate)
  • OOP Concepts
  • Maven
  • Spring Security
  • Date and Time
  • Java EE - İntroduction Java EE
  • Microservice architecture
  • Collection Framework
  • Spring boot web
  • DevOps Fundamentals
  • Functional Programming Framework
  • REST and SOAP API

Tədris istiqaməti haqqında ətraflı məlumat üçün broşuru yükləyin

Kataloqu yüklədownload

Məzun rəylər

Günel Mustafayeva
Günel Mustafayeva

Coders Bootcampa hələ ilk başladığımda professional yanaşma, limitsiz dəstək, mükəmməl tədris olduğunu gördüm və doğru yerdə olduğumu hiss etdim. Tədrisim bitdikdən sonra qısa müddət ərzində arzuladığım sahədə işləməyə başladım. Müvəffəqiyyətlərimi və sevincimi sizə borcluyam, Coders ailəsi mənim üçün çox dəyərlidir ! Sonsuz təşəkkürlər!

İntiqam Quluzadə
İntiqam Quluzadə

Proqramlaşdırmaya olan həvəsim və özümü inkişaf etdirmə istəyim məni doğru ünvana - Codersə apardı. Burada xeyli sayda təcrübə əldə etdim və hazırda backend developer olaraq, bu və digər təcrübələrimin hesabına aktiv şəkildə işləyirəm. Düşünürəm ki, Coders mühiti inkişaf etmək üçün çox əlverişlidir.

İlyas Zeynəddin
İlyas Zeynəddin

Mən İlyas, Coders Azerbaijan tədris mərkəzinin full-stack boot camp məzunuyam. Mən burada proqramlaşdırmanın əsaslarını mənimsəyərək yoluma başladım və bu yolda yeni texnologiyalarla tanış oldum və öyrəndim. Tədris proqramının sonunda artıq real layihələr üzərində işləyirdim və bu layihələrə həm Coders Lab həm də bağlantılarımdan gələn layihələr şamil idi. Hazırda ABŞ-da olan bir startup-da back-end developer olaraq işləyirəm. Son olaraq Coders Azerbaijan tədris mərkəzinin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm belə keyfiyyətli bir tədris proqramı, yeni başlayan tələbələrə səmimi və rahat bir ortam yaratdıqları üçün.

Müraciət forması

Bir dəfə görmək, iki dəfə eşitməkdən yaxşıdır. Ofisə gəlmək üçün vaxt təyin edib, fərdi konsultativ görüşdən yararlanaraq, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə birbaşa yaxından tanış ol.