• Proqramlaşdırma
  • Back-End

Backend Nədir - Backend developer kimdir

Paylaş
Backend Nədir - Backend developer kimdir

Backend proqramlaşdırma Nədir?

 

Öncəki yazımızda frontend haqqında bəhs etdik. Frontend developer əsasən saytın vizual hissələrini təmin edir. Backend termini isə “arxa hissə” deməkdir. Backend, istifadəçilərin görmədiyi, fonda işləyən funksionallıqlardır. Yəni sayta daxil olarkən gördüyünüz əlaqə formunun dizaynı, ölçüləri frontend developer, form məlumatlarının sistemə doğru ötürülməsi isə backend developer işidir.

Bu hissələrin ahəngdar və sürətli işləməsini təmin edən şəxslər, yəni bu hissəni inkişaf etdirənlər Backend proqramçı adlanır. Backend proqramçılar bu hissələri inkişaf etdirərkən bir çox proqramlaşdırma dili və texnologiyalarından istifadə edirlər. Bunlara Pyhton, PHP, Java, C++ kimi texnologiyalar daxildir.

Əgər bu sahəyə həvəslisinizsə, veb saytların müştəri ilə əlaqədə ən vacib element olduğu dövrdə backend öyrənmək karyeranızda vacib addım ola bilər. Backend istifadəçilərə veb saytda yer alan funksionallıqlardan rahat istifadə imkanı verir. Bu sahəyə həvəsli şəxslər bəzən bunu onlayn yaxud oflayn şəkildə kursda öyrənmək barədə maraqlanır.

 

Backend kursu seçərkən nəyə diqqət etməliyik?

 

Karyera imkanları: Backend proqramlaşdırma bacarıqları yerli və xarici bir çox işəgötürən tərəfindən axtarılan bir ixtisasdır. Bu sahədə özünüzü təkmilləşdirdiyiniz zaman daha çox karyera imkanları əldə edə bilərsiniz. Backend proqramlaşdırma kursu seçərkən müəllimlərin təcrübəsi, məzunların iş imkanları, kursun karyera dəstəyi kimi məlumatları dəqiqləşdirməyi məsləhət görürük.

Daimi dəstək: Kurs prosesi zamanı yaranan sualları anında cavab tapacaq müəllim heyəti olduğu üçün əlavə olaraq vaxtınızı almayacaq və öyrənmə prosesiniz dayanmayacaq.

Müəllim heyəti: Sahəni tədris edən müəllimlərin təcrübəsi çox önəmlidir. Təcrübəsində böyük layihələrin olması və onların praktiki təcrübəsindən yararlanmaq sizə üstünlük qazandıra bilər.

 

Backend öyrənməyə necə başlamaq olar?

 

Onlayn kurslar: Udemy, Coursera, edX kimi platformalarda çoxlu onlayn backend kursları var. Bu kurslarda tez-tez video dərslər və praktik nümunələr təklif olunur. Ancaq onlayn back end kursu əlverişli deyilsə, oflayn olaraq da çoxlu kurs seçimləri mövcuddur.

Self Study: Siz özbaşına backend inkişafını öyrənmək üçün onlayn resurslardan və kitablardan istifadə edə bilərsiniz. Ancaq bu zaman da yaranan sualları cavablamaq üçün əlavə vaxtınız gedəcək və proses yorucu ola bilər. Bəzən isə onlayn resurslarda asanlqıla cavabı tapılmayan istisna problemlərlə qarşılaşa bilərsiniz. Bu baxımdan zəngin təcrübəli müəllimlərə sahib kurslara yazılmaq faydalı ola bilər.

Backend developer olmaq üçün nə qədər müddət tələb olunur?

 

Backend developer olmaq üçün tələb olunan vaxtın miqdarı öyrənmə sürətiniz, əvvəlki təcrübəniz və öyrənməyə ayıra bildiyiniz vaxt kimi bir neçə amildən asılı olaraq dəyişə bilər.

 

Əgər kompüter elmləri və ya əlaqəli sahədə və proqramlaşdırma ilə bağlı təcrübəniz varsa, potensial olaraq bir neçə ay ərzində backend developer ola bilərsiniz. Bununla belə, əgər siz kompüter elmləri sahəsində çox az təcrübə və ya təhsillə başlayırsınızsa, lazımi bacarıqları inkişaf etdirmək və təcrübəli backend developer olmaq daha çox vaxt ala bilər. Bu, 6 aydan 2 ilə qədər davam edə bilər.

 

Backend kursu veb inkişaf karyeranızı inkişaf etdirmək üçün əla fürsətdir. Coders olaraq həm frontend kursu həm backend kursu təklif edirik. Backend kursu 4-6 aylıq təklif olunur və tam praktiki məlumatlarla da əhatələnmişdir. Bu kurslar sayəsində verilənlər bazası idarəçiliyi, server idarəçiliyi və təhlükəsizlik haqqında biliklər əldə edə bilərsiniz. Bu sahədə özünüzü təkmilləşdirdiyiniz zaman daha çox karyera imkanları qazana və veb layihələrinizi daha effektiv idarə edə bilərsiniz. Backend kursu zamanı öyrəndiyiniz məlumatları tətbiq etmədən tam şəkildə öyrənə bilməzsiniz. Bu səbəbdən kurs zamanı və sonrasında aktiv praktika etməyə çalışın. Unutmayın ki, təcrübə etmək və layihələr üzərində işləmək öyrənmək üçün ən yaxşı yoldur. 

 

DİGƏR XƏBƏRLƏR